Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər paketinin artıq hazırlandığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, yaxın günlərdə müdafiə və təhlükəsizlik sahəsində bir sıra mühüm beynəlxalq tədbirlər nəzərdə tutulur. Onun sözlərinə görə, bu tədbirlər Ukraynanın təhlükəsizlik arxitekturasının gücləndirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident vurğulayıb ki, hazırlanmış sənədlər paketi məhz bu istiqamətdə atılan addımların praktiki əsasını təşkil edəcək.