Liviya səmasında faciə: tibbi vertolyot qəzaya uğradı
Liviyada tibbi vertolyotun qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.
Crossmedia.az bu barədə “Əl-Vəsat” qəzetinə istinadən xəbər verir ki, hadisə bazar ertəsi günü Əl-Kufra şəhərindən təxminən 300 kilometr cənub-qərbdə yerləşən Əs-Sara hava bazasında baş verib. Qəza zamanı tibbi vertolyot tamamilə sıradan çıxıb.
Bildirilir ki, vertolyot qəzada yaralanmış Liviya Milli Ordusuna məxsus bir batalyonun əsgərini təxliyə edərkən qəzaya uğrayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
11:30 10.02.2026
Oxunuş sayı: 412