ABŞ senatoru: Ayətullahı qorumaq səhvdir
Dünən ABŞ senatoru Lindsi Qraham Türkiyənin xarici işlər naziri Hakan Fidanın Vaşinqton və Tehran arasında hazırda müharibə təhlükəsinin olmadığı barədə açıqlamasını kəskin tənqid edib.
Crossmedia.az -ın məlumatına görə o, “X” hesabında bildirib ki, bəzi regional ölkələrin İran rejiminin hakimiyyətdə qalmasını qəbul etməsi yanlış və təhlükəli yanaşmadır.
“Sözdə regional müttəfiqlərimizə: İran xalqının göstərdiyi bütün müqavimətdən sonra Ayətullahı və onun qatil rejimini hakimiyyətdə saxlamağın yaxşı fikir olduğunu düşünürsünüzsə, illüziyalar dünyasında yaşayırsınız”, – senator vurğulayıb.
O, Türkiyə, Qətər, Misir və digər ölkələri də tənqid edərək qeyd edib ki, status-kvonu qorumaq və İran xalqının ədalətli tələblərini görməməzlikdən gəlmək həm ABŞ-nin milli təhlükəsizlik maraqlarına, həm də insani dəyərlərə ziddir.
Qraham Donald Trampın sözlərinə də istinad edib: “Etiraz etməyə davam edin, kömək yoldadır...” Senator sonda “İrana azadlıq” ifadəsini işlədib. (Amerikanın Səsi)
10:43 10.02.2026
Oxunuş sayı: 453