Çin Sədri Si Cinpin ABŞ borc kağızlarından tamamilə imtina edilməsi ilə bağlı göstəriş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Çinin əlində olan ABŞ dövlət istiqrazlarının həcmi 1,1 trilyon dollardan 686 milyard dollara qədər azalıb.
Bununla da Səudiyyə Ərəbistanı və Böyük Britaniya ABŞ borc kağızlarının həcminə görə Çini geridə qoyub. ABŞ istiqrazlarının ən böyük sahibi isə hələ də Yaponiya olaraq qalır.
Analitiklərin fikrincə, Pekin mümkün hərbi-siyasi risklər fonunda ABŞ borcuna yatırımlardan xilas olmağa və ABŞ maliyyə sistemindən asılılığı azaltmağa çalışır. Qeyd olunur ki, oxşar addımı Rusiya da Ukraynaya hərbi müdaxilədən öncə atmış və ABŞ borc kağızlarını portfelindən çıxarmışdı.
Ekspertlər bu prosesi qlobal maliyyə balansında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.