Dövlət televiziyası prezidentin çıxışını kəsdi
İran Dövlət Televiziyasının “Xəbər kanalı” prezident Məsud Pezeşkianın iştirak etdiyi layihələrin açılış mərasiminin canlı yayımını qəfil dayandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, proqram başladıqdan bir neçə dəqiqə sonra aparıcı Pezeşkiana müraciət edərək yayımın yekunlaşdırılmalı olduğunu bildirib. Bu isə prezidentin sərt reaksiyasına səbəb olub.
Pezeşkian çıxışında qeyd edib ki, “Xəbər kanalının əhəmiyyəti yoxdur, biz öz işimizi görürük”. Prezident əlavə edib ki, kanal lazımsız açıqlamalar vermək əvəzinə, ictimaiyyəti məlumatlandırmaq üçün bu cür mühüm tədbirləri yayımlamalıdır.
Hadisə İran mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
09:52 10.02.2026
Oxunuş sayı: 561