Lavrov: İran məsələsinin diplomatik həlli var
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən 15-ci Valday Müzakirə Klubunun Yaxın Şərq Konfransında İran məsələsinin diplomatik və dinc yolla həll edilə biləcəyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O, hərbi həllin heç bir ölkənin təhlükəsizliyini təmin etməyəcəyini vurğulayıb.
Lavrov qeyd edib ki, Moskva İranla Körfəz Əməkdaşlıq Şurası arasında münasibətlərin tam normallaşmasında maraqlıdır.
Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpasından sonra o, bu proses üçün zəruri şərtlərin yaradıldığına inanır.
23:50 09.02.2026
Oxunuş sayı: 436