Avropa Ukrayna üçün tarixi addıma hazırlaşır: Aİ zəmanəti sülh planında
Avropa Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü gələcək sülh müqaviləsində təsbit etmək niyyətindədir.
Crossmedia.az "Bloomberg"-ə istinadən xəbər verir.
Aİ Ukrayna ilə imzalanacaq mümkün sülh razılaşmasına Kiyevin təşkilata üzvlüyünə dair zəmanətlərin daxil edilməsi üçün bir neçə variant üzərində işləyir.
Nəzərdən keçirilən variantlar arasında Ukraynanın Aİ-yə tam qəbul zamanı əldə edəcəyi müdafiə və hüquqların əvvəlcədən təmin olunması, eləcə də təşkilat üzvlərinə verilən bəzi imtiyazların dərhal tətbiqi yer alır.
Digər variantlara Ukraynanın hazırkı qəbul prosesinin davam etdirilməsi, keçid dövrünün tətbiqi və mərhələli üzvlük modeli daxildir.
Qeyd edək ki, daha əvvəl Ukrayna ilə ABŞ arasında müzakirə olunan 20 maddəlik sülh planında Kiyevin 2027-ci ildə Aİ-yə üzv olması nəzərdə tutulur.
Bu proses çərçivəsində Ukraynanın bəzi üzvlük güzəştləri əldə edəcəyi bildirilir.
23:00 09.02.2026
Oxunuş sayı: 502