Oman danışıqlarından kritik siqnal – İran nüvə səviyyəsini endirə bilər
İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılmasını istisna etmir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib ki, ABŞ tərəfindən tətbiq olunan sanksiyalar aradan qaldırılarsa, Tehran uranın zənginləşdirilmə səviyyəsini 60 faizə endirə bilər.
İslaminin sözlərinə görə, zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması məsələsi ABŞ ilə Omanda aparılan danışıqlar zamanı müzakirə mövzusu olmayıb.
22:44 09.02.2026
Oxunuş sayı: 408