Həyat yoldaşını 16 bıçaq zərbəsi ilə öldürən şəxsin ifadəsi ortaya çıxdı
Van şəhərində 28 yaşlı həyat yoldaşı Fatma Çakırbeylini 16 bıçaq zərbəsi ilə qətlə yetirən Reşat Çakırbeylinin polisə verdiyi ifadə ictimaiyyətə açıqlanıb.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, təqsirləndirilən şəxs 2024-cü ildə hüquq-mühafizə orqanlarında verdiyi ilkin ifadəsində həyat yoldaşını başqa bir şəxslə yazışarkən yaxaladığını iddia edib.
O, həmçinin Fatma Çakırbeylinin həmin an "Məni öldür" dediyini irəli sürüb.
Lakin 5 fevral 2026-cı il tarixində keçirilən məhkəmə iclasında Reşat Çakırbeyli əvvəlki ifadələrini xatırlamadığını bildirib. Bu ziddiyyətli açıqlamalar məhkəmə prosesində diqqət çəkib.
Hadisə ilə bağlı məhkəmə araşdırmaları davam edir. (Sonxeber.az)

20:26 09.02.2026
Oxunuş sayı: 507