Fransa-Ukrayna razılaşması: Hərbi aviasiya və hava müdafiəsi güclənir
Ukrayna Fransadan yeni "Mirage 2000" çoxməqsədli qırıcı təyyarələrinin gəlişini gözləyir və rekord həcmdə "AASM Hammer" idarə olunan hava bombalarının tədarükü üzrə işlər sürətlə davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi açıqlama verib.
Məlumata görə, bu addımlar Ukrayna müdafiə naziri Mixaylo Fedorov ilə Fransa Silahlı Qüvvələri naziri Ketrin Votrin arasında aparılan danışıqların nəticəsidir.
Bəyanatda vurğulanır ki, Fransa Ukraynaya "Mirage 2000" təyyarələrinin təhvil verilməsinə hazırlaşır.
Həmçinin "Aster" raket əleyhinə raketlərinin istehsal və çatdırılmasını sürətləndirmək planları mövcuddur. Uzun mənzilli "SCALP" raketlərinin tədarükü də müzakirə olunur.
Bundan əlavə, Ukrayna və Fransa birgə silah istehsalı üzrə niyyət məktubu imzalayıblar.
İlk "Mirage 2000"-lər 2025-ci ilin fevral ayında Ukrayna Hərbi Hava Qüvvələrinə gəlib və martdan etibarən Rusiya raketlərini vurmaq üçün yerləşdirilib.
Ukraynalı pilotlar "Mirage 2000"-ləri idarə etməyi öyrəndikdən sonra "Rafale F4"-ləri də mənimsəyəcəklər.
Çünki Ukrayna 2035-ci ilə qədər "100 Rafale" təyyarəsi almağı planlaşdırır.
18:51 09.02.2026
Oxunuş sayı: 543