Vaşinqtondan sonra Maskat: İranın təhlükəsizlik rəhbəri regional gündəmlə yola düşür
ABŞ ilə aparılan danışıqlardan sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani fevralın 10-da Omanın paytaxtı Maskata səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın "ISNA" agentliyi məlumat yayıb.
Məlumata görə, Laricani səfər çərçivəsində Omanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcək.
Görüşlərdə regional və beynəlxalq proseslər, eləcə də İran–Oman münasibətləri və müxtəlif səviyyələrdə əməkdaşlıq imkanları müzakirə olunacaq.
Qeyd edək ki, bir gün əvvəl İranın “Tabnak” saytı ABŞ ilə danışıqlardan sonra adı açıqlanmayan yüksək vəzifəli İran rəsmisinin yaxın günlərdə Omana səfər edəcəyini yazmışdı.
Laricaninin Maskata planlaşdırılan səfəri həmin məlumatların təsdiqi kimi qiymətləndirilir.
18:21 09.02.2026
Oxunuş sayı: 436