Rusiya ifşa olundu: Yaydığı məlumatlar həqiqət əks etdirmir
Rusiya ordusunun Ukraynanın şimalında irəlilədiyi barədə məlumatlar gerçəkliyi əks etdirmir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitunun təqdim etdiyi hesabatda bildirilib.
Qeyd olunub ki, Kremlin yaydığı iddialar əsl vəziyyəti əks etdirmir.
Moskva Müdafiə Nazirliyi və prokremli media Sumi vilayətində Sidorovkanın ələ keçirildiyini iddia edib, lakin analitiklər bu xəbəri təsdiq edən heç bir sübut olmadığını bildirirlər.
Analitiklər hesab edirlər ki, Rusiya yanvar ayından bəri Sumi və Xarkov ətrafında kiçik keçid hücumları həyata keçirir, lakin bunlar geniş irəliləyiş demək deyil və daha çox psixoloji təsir yaratmaq məqsədi daşıyır.
Ukrayna tərəfi isə sərhəd bölgələrində vəziyyətin sabit olduğunu və front xəttində ciddi dəyişiklik olmadığını açıqlayıb
17:41 09.02.2026
Oxunuş sayı: 428