Sibiqa: Rusiya hərbçilərinin Avropaya girişi milli təhlükəsizlik riskidir
Rusiyanın Ukrayna ərazisindəki xüsusi hərbi əməliyyatı iştirakçılarının Şengen zonasına girişinin qadağan edilməsi vacibdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
O, belə bir addımın Avropa ölkələrinin uzunmüddətli milli təhlükəsizliyini təmin edəcəyini və Rusiya ordusunun səhv seçiminə görə qisas olacağını bildirib.
"Estoniya artıq müvafiq milli həlləri tətbiq etməklə və mexanizmin effektivliyini sübut etməklə liderlik nümayiş etdirib. İndi bunu bütün Avropa İttifaqına (Aİ) tətbiq etməyin vaxtıdır və mən Aİ həmkarlarımı bu addımı ciddiyə almağa çağırıram", - Sibiqa sosial mediada yazıb.
17:50 09.02.2026
Oxunuş sayı: 427