Türkiyə və 7 ölkədən İsrailə sərt xəbərdarlıq
Türkiyə və daha yeddi ölkə İsrailin İordan çayının Qərb sahilində həyata keçirdiyi son addımları kəskin şəkildə pisləyib.
Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri bu mövzu ilə bağlı birgə bəyanat yayıblar.
Crossmedia.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan sənəddə bildirilir.
İsrailin hərəkətləri işğal olunmuş Qərb sahilində qanunsuz suverenlik iddialarını möhkəmləndirməyə, məskunlaşma fəaliyyətini genişləndirməyə və yeni hüquqi-inzibati reallıq yaratmağa yönəlib.
Bəyanatda vurğulanır ki, bu addımlar beynəlxalq hüququn açıq şəkildə pozulması olmaqla yanaşı, Fələstin torpaqlarının faktiki ilhaqına və Fələstin xalqının yerindən didərgin salınmasına xidmət edir.
Region ölkələri İsraili bu siyasətdən geri çəkilməyə çağırıb.
17:30 09.02.2026
Oxunuş sayı: 511