Yüksək vəzifəli məmur Epşteyn qalmaqalından sonra postunu tərk etdi
Norveçli vəkil Kare Idar Moljord Epşteyn sənədlərində yer alan açıqlamalardan sonra Maliyyə Nəzarəti Apelyasiya Şurasının rəhbəri vəzifəsindən istefa verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Moljord Epşteynlə heç bir əlaqəsinin olmadığını bildirsə də, şuranın missiyasına, nüfuzuna və dürüstlüyünə xələl gəlməməsi üçün bu qərarı verdiyini açıqlayıb.
Norveç Ədliyyə Nazirliyinin sənədlərinə əsasən, Moljord və Ceffri Epşteyn 2018-ci ilin sonlarında elektron poçt vasitəsilə yazışma aparıblar.
Bu məlumatlar Epşteyn işi ətrafında beynəlxalq rezonansı daha da gücləndirib.
17:27 09.02.2026
Oxunuş sayı: 444