Xarici seriallara baxanlar edam edilir
Şimali Koreyada insanlar, o cümlədən yeniyetmələr, xarici seriallara — xüsusilə “İynəli Oyun” (“Squid Game”) kimi ekran işlərinə baxdıqları və ya onları yaydıqları üçün edam olunur və ya uzunmüddətli düşərgə cəzası alırlar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, şahid ifadələrində həm ictimai edam hallarının, həm də onilliklərə çatan məhkumluqların qeydə alındığı bildirilir. Məlumata görə, bunun əsasında 2020-ci ildə qəbul edilmiş “reaksioner mədəniyyət” haqqında qanun dayanır: həmin qanuna görə, xarici kontentə baxmaq 15 ilədək məcburi əmək, yaymaq isə ölüm cəzası ilə nəticələnə bilər.
Qaçqınların sözlərinə görə, bəzi hallarda cəza rüşvət və şəxsi əlaqələr hesabına “yüngülləşdirilə” bilir, lakin bununla belə, uşaqların edamlara məcburi şəkildə tamaşa etdirilməsi kimi ağır məqamlar da qeyd olunur.
Məlumatlar Şimali Koreyada informasiya üzərində nəzarətin və mədəniyyət siyasətinin sərtliyini bir daha üzə çıxarır.
17:35 09.02.2026
Oxunuş sayı: 462