Rus hərbi müxbirlərindən iddia: Ukrayna arxa cəbhəyə sızmağa çalışır
Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk və Zaporojye bölgələrinin qovşağında əks-hücuma başlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya hərbi müxbirləri məlumat yayıb.
İddialara görə, hücumun məqsədi Rusiya qüvvələrini keçib arxa cəbhəyə nüfuz etməkdir.
Buna görə hücumlar Pokrovsk, Velikomixaylovka, Ternovate və Qulyapol istiqamətindən gəlir.
Ruslar hücumları dəf etdiklərini iddia edirlər, lakin Ukrayna Silahlı Qüvvələri buna baxmayaraq Ternovateyə daxil olub.
17:19 09.02.2026
Oxunuş sayı: 493