İranlı diplomatlar Avropadan sığınacaq istəyib
İranın Vyanadakı müvəqqəti işlər vəkili Qolamreza Derikvand postunu tərk edərək İsveçrəyə siyasi sığınacaq üçün müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Iran International diplomatik mənbələrə istinadən məlumat yayıb.Bundan əvvəl İranın BMT yanındakı Cenevrə nümayəndəliyinin rəhbər müavini Alireza Ceyrani-Hokmabad da oxşar qərar verərək ölkəni tərk etmişdi. Mənbələrin sözlərinə görə, diplomatik fiqurların ardıcıl şəkildə istefa verib sığınacaq istəməsinin əsas səbəbi İranda davam edən etirazlar və rejimin artan qeyri-stabil vəziyyətidir.
Analitiklər hesab edirlər ki, yüksək rütbəli diplomatların ölkədən qaçması Tehranın beynəlxalq imicinə ciddi zərbə vurur və rejim daxilindəki narazılığın daha da dərinləşdiyini göstərir.
Türkan Kərimli
16:52 09.02.2026
Oxunuş sayı: 418