İran prezidenti Məsud Pezeşkian ölkə mediasında qonşu dövlətlər və onların liderləri barədə səsləndirilən təhqiramiz ifadələri kəskin şəkildə tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "ArmanShargh" nəşri məlumat yayıb.
Dövlət başçısı bu cür yanaşmanı yersiz və ləyaqətə zidd adlandırıb.
Pezeşkian bildirib ki, region ölkələrinin prezidentləri və rəsmi nümayəndələri İranla əməkdaşlıq çərçivəsində müharibənin qarşısının alınmasına və problemlərin dialoq yolu ilə həllinə üstünlük verdiyi bir vaxtda, medianın qonşu dövlətləri alçaldan açıqlamalar yayması doğru deyil.
Qeyd edək ki, son günlər İran mediasında Türkiyə və Azərbaycan əleyhinə əsassız iddialar səsləndirilib, eləcə də mümkün münaqişə ssenarilərində bu ölkələrin hədəf alınacağına dair qərəzli materiallar dərc olunub. Pezeşkianın açıqlaması həmin yanaşmalara etiraz kimi qiymətləndirilir.