Avstraliyada HƏMAS tərəfdarları İsrail prezidenti İsaak Hersoqun ölkəyə səfərinə etiraz olaraq kütləvi aksiyalar təşkil ediblər.
Crossmedia.az bu barədə İsrail mediasına istinadən xəbər verir ki, Sidney və Kanberra şəhərlərində minlərlə etirazçı küçələrə çıxıb.Aksiya iştirakçıları İsrailin siyasətinə və prezidentin səfərinə qarşı şüarlar səsləndiriblər. Etirazlar Hersoqun Avstraliyaya gəlişi ilə eyni vaxta təsadüf edib.
Qeyd edək ki, İsrail prezidenti İsaak Hersoq Bondi çimərliyində baş vermiş hücumun qurbanlarının ailələri ilə görüşmək məqsədilə Avstraliyaya səfər edib. Həmin hücum nəticəsində, hücumu törədən şəxs də daxil olmaqla, 15 nəfər həlak olub. Hadisə İsraildə Hanuka bayramı dövrünə təsadüf etdiyi üçün “Hanuka hücumu” kimi xatırlanır.
Avstraliya hüquq-mühafizə orqanları aksiyaların nəzarət altında keçirildiyini bildirib və ictimai təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlərin görüldüyünü açıqlayıb.