Moskva və Vaşinqton 1 milyard məsələsində razılığa gələ bilməyib
Moskva hələlik Vaşinqtondan dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların Sülh Şurasına ötürülməsi ilə bağlı təklifə cavab almayıb.
Crossmedia.az məlumat verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.Onun sözlərinə görə, Vladimir Putin tərəfindən səsləndirilən bu təşəbbüs Xarici İşlər Nazirliyi tərəfindən müttəfiqlərlə birlikdə hələ də müzakirə və işlənmə mərhələsindədir. Daha əvvəl Putin müharibədən sonra Qəzza sektorunun idarə olunması üçün Donald Tramp tərəfindən yaradılmış struktura vəsait köçürməyə hazır olduğunu bəyan edib və bunu Rusiyanın Fələstin xalqı ilə “xüsusi münasibətləri” ilə əsaslandırıb.
Turqut Ansari
15:35 09.02.2026
Oxunuş sayı: 449