ABŞ hərbi nəqliyyat təyyarələrinin son günlərdə Ermənistana intensiv uçuşlarının Tehranda diqqət və narahatlıq doğurduğunu yazıb.
Crossmedia.az xəbər verir ki, bu barıdı İranın “Rokna” xəbər saytı yazıb.
Məlumata görə, bu uçuşlar ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana planlaşdırılan səfərinə hazırlıq çərçivəsində həyata keçirilir.
Xəbərdə bildirilir ki, son bir həftə ərzində Ermənistanın hava məkanında şübhəli xarakter daşıyan hərbi uçuşlar qeydə alınıb. Bu uçuşlar arasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MC-130J Commando II xüsusi əməliyyat nəqliyyat təyyarəsi, eləcə də ən azı 20 ədəd C-17 Globemaster III tipli hərbi nəqliyyat təyyarəsinin olduğu vurğulanır.
İran mediası qeyd edir ki, ABŞ-nin regionda hərbi fəallığının artması və bu cür uçuşların intensivləşməsi Tehranın təhlükəsizlik baxımından narahatlığını artıran amillər sırasındadır.