Belqorodda təcili evakuasiya elan edildi
Rusiyanın Belqorod şəhərində təcili evakuasiya elan edilib. Zərbələrdən sonra artıq iki gündür ki, şəhərdə istilik və elektrik enerjisi təchizatını bərpa etmək mümkün olmayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Təxminən 500 istehlakçı işıqsız qalıb, yüzlərlə yaşayış evi, eləcə də məktəblər, uşaq bağçaları, poliklinikalar və ali təhsil müəssisələri istilikdən məhrumdur.Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, aparılan təmir işləri nəticə vermir. O, uşaqların, tənha pensiyaçıların, çoxuşaqlı ailələrin və əlil uşaqları olan ailələrin Rusiyanın digər regionlarına təxliyə olunması barədə qərar verildiyini açıqlayıb.
Turqut Ansari
15:30 09.02.2026
Oxunuş sayı: 465