Ukrayna Avropa İttifaqından yeni raket sistemləri tələb edir
Ukraynanın müdafiə naziri Mixail Fedorov fevralın 11-də Brüsseldə keçiriləcək Avropa İttifaqına (Aİ) üzv ölkələrinin müdafiə nazirlərinin görüşündə iştirak edəcək. Bu görüşdə Ukraynanın Aİ ölkələrindən əlavə hava hücumundan müdafiə sistemləri tələb edəcəyi gözlənilir.
Crossmedia.az bu barədə Politico-ya istinadən xəbər verir ki, bu sistemlər arasında Patriot və NASAMS xüsusi əhəmiyyət kəsb edir. Bu silahlar uzun müddətdir ki, rəsmi Kiyevin əsas prioritet siyahısındadır.
Görüşün gündəliyində əsas Ukraynaya dəstək məsələsi dayanır. Fedorov yeni təyin olunmuş nazirdir və o görüşdə Ukraynanın “ən təcili ehtiyaclarını” çatdıracaq. Həmçinin görüşdə dronlar və yeni hərbi texnologiyalar kimi müdafiə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunacaq.
Qeyd edək ki, bu qış ərzində Ukrayna energetika infrastrukturuna Rusiyanın sistemli hücumları davam edib. Bu, ölkədə ciddi elektrik kəsintilərinə səbəb olub. Patriot sistemləri bəzən raketsiz qalmış və buna görə bəzi hücumların qarşısını almaqda çətinlik çəkiblər. Buna görə Ukrayna rəhbərliyi əlavə raket sistemlərinin əldə olunmasını vacib sayır.
Rəsmi Kiyev Avropadan mümkün qədər tez Patriot və NASAMS sistemlərini alaraq, ölkənin hava müdafiəsini gücləndirmək istəyir. Bu sistemlərin çatdırılması uzun müddətli planların vacib hissəsidir.
Avropa İttifaqı ölkələrinin müdafiə nazirləri ilə keçiriləcək görüşdə Ukraynanın bu ehtiyacları müzakirə olunacaq və alyans üzvləri tərəfindən dəstəyin hansı formada olacağı müəyyənləşəcək.
Turqut Ansari
14:55 09.02.2026
Oxunuş sayı: 461