İran İsraili açıq şəkildə hədələdi
İran paytaxtı Tehranın Fələstin meydanında İsrailə qarşı təhdid xarakterli böyük banner yerləşdirilib. Banner üzərində İsrailin ən böyük metropoliten ərazisinin, o cümlədən Təl-Əviv bölgəsinin xəritəsi təsvir olunub və potensial hədəflər qeyd edilib.
Crossmedia.az xəbər verir ki, bannerin üzərində ivrit dilində “Raket yağışı ilə üzləşən kiçik bir ərazi var” məzmunlu xəbərdarlıq yer alıb. Digər hissəsində isə daha sərt ifadə istifadə olunaraq “Siz başlayarsınız, biz bitirərik!” sözləri yazılıb.Bu addım Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə atılıb və Tehranın İsrailə qarşı açıq təhdidi kimi qiymətləndirilir. Hadisə regional təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.
Turqut Ansari
14:53 09.02.2026
Oxunuş sayı: 567