Rusiya dünyanı aldadır: Döyüş meydanındakı real vəziyyət fərqlidir
Rusiya ordusu Ukraynanın şimal istiqamətində yeni genişmiqyaslı hücum başladığını iddia edir, lakin xarici ekspertlər bu hərəkətləri həqiqi hücum deyil, imitasiya kimi qiymətləndirir.
Crossmedia.az xəbər verir ki,bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat verib.
Analitiklərin fikrincə, Rusiya qüvvələri xüsusən Sumi vilayəti istiqamətində sərhəd boyu kiçik hərbi əməliyyatlar aparmaqla qərbdə “xəttin çökdüyü” təəssüratı yaratmağa çalışır. Rusiya Müdafiə Nazirliyi isə Sumi yaxınlığındakı Sidorivka kəndini ələ keçirdiklərini açıqlayıb və bu bəyanat bəzi rus mətbuat orqanlarında yeni hücumun başlanğıcı kimi təqdim edilib.
Eyni zamanda qeyd olunub ki, bu iddiaları təsdiq edən real döyüş sübutları yoxdur və belə açıqlamalar daha çox propagandaya xidmət edir. Ekspertlərə görə, Kremlin məqsədi Ukraynadakı şimal cəbhəsindəki vəziyyəti şişirdərək qərbi təzyiq altına almaq və öz strategiyasını “qalibiyyətə yaxın” kimi göstərməkdir.
Həmçinin vurğulanıb ki, əvvəllər Rusiya Sumi və Xarkov vilayətlərində sərhəd keçidləri və kiçik əməliyyatlar həyata keçirsə də, şimal istiqamətində real və genişmiqyaslı irəliləyişə dair göstəricilər yoxdur.
Ekspertlərin qənaətinə görə, bu cür taktika Kremlin təbliğatına hesablanıb və real döyüş üstünlüyünü əks etdirmir.
14:35 09.02.2026
Oxunuş sayı: 517