Gələcək illərdə ayda yaşayış və infrastruktur layihələri yaradıla bilər
SpaceX-in təsisçisi və milyarder İlon Mask kosmik araşdırmalarda prioritet strategiyanı dəyişdirərək əsas diqqəti Marsdan Ay missiyalarına yönəldib.
Maskın açıqlamasına görə, gələcək illərdə SpaceX Ayda özünü inkişaf etdirə bilən yaşayış və infrastruktur layihələri üzərində işləməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıvş
Mask bildirib ki, Ay missiyaları Marsa nisbətən daha tez və daha sürətli həyata keçirilə bilər. Marsa uçuşlar üçün optimal pəncərə yalnız təxminən 26 ayda bir yaranır və uçuş təxminən 6 ay çəkir. Buna qarşılıq, Aya səyahət təxminən 2 gün davam edir və pəncərələr daha tez-tez — hər təxminən 10 gündə bir olur. Bu isə texnologiyaların və missiyaların testini daha səmərəli edir.
Milyarder vurğulayıb ki, Mars planları hələ də gündəlikdə qalır və Marsda şəhərsalma işlərinə 5–7 il sonra başlamaq hədəflənir. Lakin ilk növbədə Ayda baza və sənaye obyektlərinin yaradılması, həmçinin özünü inkişaf etdirən kosmik iqtisadiyyatın formalaşdırılması daha prioritetdir.
SpaceX gələcəkdə Ayda qlobal elmi, texnoloji və sənaye platformaları qurmağı hədəfləyir ki, bu da gələcək Mars missiyaları üçün zəmin rolunu oynayacaq.
Mask bu yanaşmanın insanlıq üçün kosmosda daha davamlı və sistemli inkişaf təmin edəcəyini qeyd edib.
14:15 09.02.2026
Oxunuş sayı: 477