Macarstan XİN-dən Ukraynaya: Müharibəni dərhal dayandırın!
Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynada aparılan səfərbərliyə qarşı çıxış edib və Rusiya-Ukrayna müharibənin dərhal dayandırılmasına çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər
verir.
Siyartonun sözlərinə görə,
cəmiyyətdə müharibədən ciddi yorğunluq var və ukraynalılar döyüşlərdə ölmək istəmir.
O iddia edib ki, minlərlə insan hərbi xidmətdən yayınmağa çalışır və Ukrayna şəhərlərinin
küçələrində faktiki olaraq “insan ovu” aparılır.
Nazir bildirib ki, sərhədçilər ölkədən çıxmaq
istəyən şəxsləri saxlamq üçün “bütün vasitələrdən” istifadə edirlər.
Macarıstan XİN rəhbəri həmçinin
Ukrayna vətəndaşlarına sərhədi qanunsuz keçməyə kömək etdiyi iddia olunan bir
Macarıstan vətəndaşının saxlanıldığını da açıqlayıb.
Siyartonun sözlərinə görə, Budapeşt həmin şəxsə
konsulluq mühafizəsi təqdim edib. Bu açıqlamalar fonunda Macarıstan hökuməti
Ukraynada müharibənin və səfərbərliyin dərhal dayandırılmasını tələb etdiyini
bir daha bəyan edib. Budapeştin mövqeyinə görə, münaqişənin uzanması regionda
humanitar vəziyyəti daha da ağırlaşdırır və yeni insan itkilərinə yol açır.
13:50 09.02.2026
Oxunuş sayı: 516