Baş nazir istefa verməyə məcbur edilə bilər
Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın günlərdə istefa verməyə məcbur edilə bilər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hakim dairələrdə və parlament daxilində artan təzyiqlər fonunda Baş nazirin postunu tərk etməsi ehtimalı ciddi şəkildə müzakirə olunur.
Bildirilir ki, son günlər hökumət daxilində yaranan fikir ayrılıqları, həmçinin müxalifətin tələbləri siyasi böhranı daha da dərinləşdirib. Hakim partiya üzvlərinin bir qisminin də Baş nazirə dəstəyini geri çəkməsi vəziyyəti kritik həddə çatdırıb. Mənbələr qeyd edir ki, məsələ ilə bağlı həftə ərzində yekun qərarın verilməsi gözlənilir. Rəsmi London isə hələlik yayılan məlumatlara münasibət bildirməyib.
Siyasi müşahidəçilər bu ehtimal olunan istefanın Britaniya siyasətində yeni mərhələyə yol aça biləcəyini vurğulayırlar.
12:32 09.02.2026
Oxunuş sayı: 421