İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin Hərbi Dəniz Qüvvələrini ziyarət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfər çərçivəsində nazir SEPAH-a məxsus hərbi gəmilərdən birinin göyərtəsində olub.
Bu addım bir gün əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Ərəb dənizində, İran sahillərinə yaxın ərazidə yerləşən USS Abraham Lincoln aviadaşıyıcısını ziyarət etməsindən sonra atılıb.
Müşahidəçilər Araqçinin hərbi gəmiyə baş çəkməsini Vaşinqtonun bölgədəki güc nümayişinə verilən siyasi və simvolik mesaj kimi qiymətləndirirlər. Hadisə İran–ABŞ münasibətlərində gərginliyin davam etdiyi bir dövrdə regional diqqəti yenidən Fars və Ərəb dənizi hövzəsinə yönəldib.
