Sülh Şurasının tərkibi genişlənir
Rumıniya fevralın 19-da Vaşinqtonda keçirilməsi planlaşdırılan Sülh Şurasının ilk iclasında iştirak etməyə dəvət olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nikuşor Dan məlumat verib.
Prezidentin X sosial şəbəkəsindəki paylaşımına görə, Rumıniya hələlik mümkün iştirakla bağlı yekun qərar qəbul etməyib. Nikuşor Dan bildirib ki, bu qərar Rumıniya kimi hazırda Şuranın üzvü olmayan, lakin nizamnaməyə dəyişiklik edilməsi şərti ilə onun tərkibində yer almaq istəyən ölkələr üçün görüşün formatı ilə bağlı ABŞ tərəfdaşları ilə aparılacaq müzakirələrdən asılı olacaq.
Onun sözlərinə görə, məsləhətləşmələrin məqsədi Sülh Şurasının nizamnaməsinin bəzi müddəalarının Rumıniyanın beynəlxalq öhdəliklərinə tam uyğun olması üçün yenidən nəzərdən keçirilib-keçirilməyəcəyini
müəyyənləşdirməkdir.
Turqut Ansari
10:40 09.02.2026
Oxunuş sayı: 423