İran–ABŞ münasibətlərində dönüş? Gizli səfərlər diqqət çəkdi
İran gizli diplomatik fəallığını artırır.
Crossmedia.az “Tabnak” saytına istinadən xəbər verir.İranın yüksək vəzifəli rəsmisi yaxın günlərdə Oman Sultanlığına səfər edəcək. Rəsminin kimliyi və səfərin gündəliyi hələlik açıqlanmır.
Məlumata əsasən, Oman uzun illərdir Tehran və Vaşinqton arasında vasitəçi rolunu oynayır. Bildirilir ki, iki ölkə arasında cümə günü başlayan və hazırda davam edən danışıqlara məhz Oman ev sahibliyi edib.
Diplomatik proseslər fonunda diqqət çəkən başqa bir məqam isə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin daha əvvəl ictimaiyyətə açıqlanmayan səfərlə Moskvaya getməsi olub. Məlumata görə, Laricani səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə də görüş keçirib.
Müşahidəçilər hesab edir ki, bu ardıcıl diplomatik təmaslar regionda və İran–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcından xəbər verə bilər.
10:24 09.02.2026
Oxunuş sayı: 415