İsraildən xəbərdarlıq: İran "qırmızı xətt"i keçsə...
İsrailin ABŞ-yə verdiyi açıqlama regionda gərginliyi artırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrail tərəfi lazım gələrsə, İrana qarşı hərəkətə keçmək və təkbaşına zərbə endirmək imkanına sahib olduğunu amerikalılara çatdırıb.
Bildirilir ki, İsrail Müdafiə Nazirliyinin nümayəndələri amerikalı həmkarlarına İranın balistik raket proqramının İsrailin mövcudluğu üçün təhlükə yaratdığını çatdırıblar.
Təhlükəsizlik xidmətlərindən alınan məlumatlara görə, son həftələrdə yüksək səviyyəli görüşlərdə İsrailin İranın raket potensialını və istehsal infrastrukturunu sıradan çıxarmaq planları barədə məlumat verilib. Həmsöhbətlər əlavə ediblər ki, son danışıqlar zamanı İsrail İranın raket proqramı ilə əlaqəli əlavə obyektlərə zərbələr endirmək planlarını da təqdim edib.
Nigar Yahyazadə
10:17 09.02.2026
Oxunuş sayı: 360