Xüsusi əməliyyat təyyarələri ANİ ENİŞ ETDİ
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ABŞ Hərbi Hava Qüvvələri arsenalında yer alan C‑17A Globemaster III və MC‑130 Super Hercules nəqliyyat təyyarələrinin Türkmənistanda açıqlanmayan bir aerodroma eniş etdiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə bölgədə artan diqqət fonunda maraq doğurub.
Məlumata görə, MC-130 Super Hercules klassik C-130 platforması əsasında hazırlansa da, imkanlarına görə ondan ciddi şəkildə fərqlənən, ABŞ Xüsusi Əməliyyat Qüvvələri üçün ixtisaslaşdırılmış təyyarədir. Bu platforma yüksək riskli, gizli və çevik əməliyyatların icrası üçün nəzərdə tutulub.
MC-130-un əsas vəzifələrinə xüsusi təyinatlı qüvvələrin daşınması, aşağı hündürlükdə havadan desant əməliyyatlarının aparılması, düşmən nəzarətində olan ərazilərə yük atılması, eləcə də helikopterlərə uçuş zamanı yanacaq ötürülməsi daxildir. Xüsusilə MH‑60 və MH‑47 kimi helikopterlərə havada yanacaq doldurmaq imkanı bu təyyarənin əsas üstünlüklərindən sayılır.
Hazırda MC-130-un ən müasir MC‑130J Commando II versiyası istismardadır. Təyyarə gücləndirilmiş naviqasiya və relyef izləmə sistemləri, elektro-optik və infraqırmızı sensorlar, eləcə də elektron müharibə və özünü müdafiə vasitələri ilə təchiz olunub. Bu imkanlar ona gecə vaxtı, əlverişsiz hava şəraitində, aşağı hündürlükdə və radar nəzarətinin zəif olduğu marşrutlar üzrə uçuşlar həyata keçirməyə şərait yaradır.
Eyni zamanda MC-130 qısa və şəratsız (torpaq) uçuş-eniş zolaqlarından istifadə edə bilməsi ilə klassik hərbi-nəqliyyat təyyarələrindən kəskin şəkildə fərqlənir. Bu xüsusiyyət onun gizli və çevik əməliyyatlarda rolunu daha da artırır.
10:07 09.02.2026
Oxunuş sayı: 431