Ukrayna bu ərazini geri aldı
Ukraynanın Müdafiə qüvvələri Zaporojye istiqamətində yerləşən Ternovatoye kəndinə nəzarəti bərpa edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.
Onun sözlərinə görə, əməliyyat nəticəsində Rusiya hərbçiləri yaşayış məntəqəsindən çıxarılıb. Bildirilib ki, Ternovatoye kəndi Qulyaypol şəhərinin şimalında yerləşir.
Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
Nigar Yahyazadə
10:10 09.02.2026
Oxunuş sayı: 425