Ronaldo sürünsə də, oynamalıdır - Karlos
Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Roberto Karlos “Al-Nəsr”in futbolçusu Kriştiano Ronaldo haqda danışıb.
Crossmedia.az QOL.az-a xəbər verir ki, o, Karlos Portuqaliya millisinin kapitanına dəstək olub:
“Kriştiano heç vaxt dayanmamalıdır. Əgər bir gün karyerasını bitirməyə qərar verərsə, mən ona zəng edib deyəcəm ki, bunu etməsin. Ronaldo həm klublar, həm millilər, həm də gənc futbolçular üçün çox böyük əhəmiyyət kəsb edən oyunçulardandır. Ronaldo tək ayaqla da olsa, sürünsə də, futbol oynamağa davam etməlidir. O, hər bir uşağa motivasiya verir və futbolun gücünü göstərir.
Kriştianonun azarkeşləri və digət futbolsevərlər üçün onu rekordlar qırarkən görmək inanılmazdır. 1000 qol vuran yeganə oyunçu Peledir, amma Ronaldo da bu siyahıya daxil ola bilər. Mən onu Səudiyyə Ərəbistanı çempionatında xoşbəxt-aman görürəm. Əminəm ki, o, bu hədəfə çatacaq. Ronaldo demək olar ki, zədələnmir, oyununu davam etdirir və digər oyunçular üçün nümunədir.”
Qeyd edək ki, 41 yaşlı forvard cari mövsüm“Əl-Nəsr” ilə 22 matça çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib. Son həftələrdə futbolçu ilə klub rəhbərliyi arasındakı münasibətlər gərginləşib. Ronaldo “Əl-Nəsr”in son 2 oyununda iştirak etməyib. Onun klubdan ayrılacağına dair xəbərlər də yayılıb.
09:56 09.02.2026
Oxunuş sayı: 476