TƏCİLİ: XİN rəhbərləri İran–ABŞ dialoqunu müzakirə etdi
Rusiya və Oman xarici işlər nazirləri İranla ABŞ arasında aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Sergey Lavrov və Oman XİN rəhbəri Bədr bin Həməd Əl-Busəidi bir neçə gün əvvəl Maskatda Omanın vasitəçiliyi ilə keçirilmiş İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqların son mərhələsini müzakirə ediblər.
Görüş zamanı İran ətrafında formalaşan regional vəziyyət diqqət mərkəzində olub. Tərəflər silahlı qarşıdurma risklərinin azaldılması və bölgədə sabitliyin qorunmasına töhfə verə biləcək, bütün tərəflər üçün məqbul razılaşmaların tapılması məqsədilə danışıqlar prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sergey Lavrov Omanın bu istiqamətdə göstərdiyi vasitəçilik səylərini yüksək qiymətləndirərək, Maskatın konstruktiv rolunu müsbət və təqdirəlayiq addım kimi dəyərləndirib.
09:42 09.02.2026
Oxunuş sayı: 486