İranda islahatçı fraksiyanın tanınmış simalarından biri olan Azər Mənsuri bu gün digər islahatçı şəxslərlə birlikdə həbs edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, saxlanılanlar arasında xarici işlər nazirinin sabiq müavini Möhsün Əminzadə və keçmiş parlament üzvü İbrahim Əsgərzadə də var.
Bildirilir ki, hər üç şəxs Qərbyönümlü siyasi mövqeləri ilə tanınır. Onlar SEPAH-a bağlı Bəsic qüvvələri və yeni yaradılmış təhlükəsizlik qurumu olan SAMA tərəfindən saxlanılıb.
Hadisə İranda daxili siyasi gərginliyin artdığı bir dövrdə baş verib və islahatçı düşərgəyə qarşı təzyiqlərin güclənməsi kimi qiymətləndirilir.