Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası: Bakı və Kiyev yeni mərhələləri müzakirə edib
Azərbaycan və Ukrayna sosial müdafiə sahəsində əməkdaşlığı, 2026-cı ildə ukraynalı uşaqların reabilitasiya proqramının genişləndirilməsini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynаnın Bakıdakı səfiri Yuri Qusev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə görüşün yekunları üzrə sosial şəbəkələrdə yazıb.
"Ölkəmizə dəstək və kömək üçün təşəkkür etdim. Eyni zamanda, ukraynalı uşaqların istirahət və reabilitasiya proqramına görə Azərbaycana xüsusi minnətdarlığımı bildirdim. Proqramın 2026-cı ildə davam etdirilməsi və genişləndirilməsi müzakirə edilib", - səfir yazıb.
Y.Qusev həmçinin qeyd edib ki, görüşdə inklüziv uşaq mərkəzlərinin yaradılması üzrə təcrübə mübadiləsi imkanlarına, xüsusilə Ukraynanın İrpen şəhərində Azərbaycandan dəstək ilə inşası planlaşdırılan obyektlərdən birinin bazasında belə bir mərkəzin yaradılmasına diqqət yetirilib.
"Sosial müdafiə sahəsində sistemli qarşılıqlı fəaliyyət və əlaqələndirmə barədə razılığa gəldik", - diplomat əlavə edib.
15:14 05.02.2026
Oxunuş sayı: 459