İran parlamenti sədrinin ailəsi Avstraliyadan qovuldu
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın oğlu İlyas Qalibaf və ailəsi Avstraliyanı tərk edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Avstraliyada yaşayan iranlıların sosial media hesablarında məlumat paylaşılıb.
Məlumata görə, Qalibaf ailəsinin ölkəni tərk etməsinin arxasında qaçqın iranlıların başlatdığı petisiya kampaniyası və Kanberra hökumətinin İran rəsmiləri və onların ailə üzvlərinə qarşı tətbiq etdiyi sanksiyalar dayanır.
Kampaniya çərçivəsində onların ölkəni tərk etməsi üçün 117 min 201 imza toplanıb. Qalibafın ailəsinə verilən vizanın da ləğv olunması üçün prosesin davam etdiyi açıqlanıb.
Qeyd edilib ki, iki gün öncə Avstraliya hökuməti bir neçə İran rəsmisi və qurumuna qarşı sanksiyalar tətbiq edib. Bu addım İran hökumətinin insan haqları pozuntuları və repressiv tədbirləri ilə əlaqələndirilir.
18:58 04.02.2026
Oxunuş sayı: 1260