Ermənistan-Türkiyə sərhədi mart ayında açılacaq
Ermənistan-Türkiyə sərhədi üçüncü ölkələrin vətəndaşları üçün mart ayında açılacaq.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə parlamentinin keçmiş deputatı Karo Paylan “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Ermənistan-Türkiyə sərhədi gözlənildiyi kimi mart ayında üçüncü ölkə vətəndaşları üçün açılacaq. Azərbaycan-Ermənistan sülh prosesinin müddəti isə Türkiyənin atacağı addımlardan asılıdır”, - deyə Paylan yazıb.
17:30 04.02.2026
Oxunuş sayı: 983