İran parlamentinin üzvü: ABŞ-nin Vaşinqtona hücum riski 50% azalıb
İran parlamentinin üzvü Mənuçehr Mottəki bildirib ki, ABŞ ilə aparılan danışıqlar praktik nəticə verməyəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, parlamentin üzvü açıqlamasında bu danışıqların əsas məqsədinin Vaşinqtonu müharibəyə başlamaqdan çəkindirmək olduğunu deyib. Onun sözlərinə görə, aparılan dolayı danışıqlar İranın müharibə istəmədiyini nümayiş etdirməyə xidmət edir.
Mottəki həmçinin vurğulayıb ki, ABŞ-nin İrana mümkün hücum ehtimalı Vaşinqtonun qələbə qazanacağına dair şübhələri səbəbindən təxminən 50 faiz azalıb. O əlavə edib ki, mövcud proseslər siyasi mesaj xarakteri daşıyır və real razılaşma perspektivi yaratmır.
17:15 04.02.2026
Oxunuş sayı: 705