Bill Qeyts Epşteynlə əlaqələrini etiraf etdi və üzr istədi
Bill Qeyts maliyyəçi Ceffri Epşteynlə münasibətinə görə üzr istəyib və bunun səhv olduğunu etiraf edib.
Crossmedia.az xəbər verir ki, Qeyts "Nine News"a verdiyi müsahibədə Epşteyn ilə keçirdiyi vaxtdan təəssüfləndiyini bildirib və bu əlaqələri “dalan nöqtə” adlandırıb. O deyib ki, Epşteynin qlobal sağlamlıq layihələri üçün vəsait toplamaqda kömək edəcəyinə ümid edib.
Qeyts vurğulayıb ki, Epşteyn ilə yalnız nahar görüşləri olub, heç vaxt onun adasına getməyib və heç bir qanunsuz fəaliyyətlə əlaqəsi yoxdur.
Məlumata görə, 2013-cü ildə Epşteynin özünə göndərdiyi məktublardan birində milyarder tənqid edilir; məktubda Epşteyn “rus qızları” ilə tanışlıqdan sonra zöhrəvi xəstəliyə tutulduğunu iddia edir və o vaxtkı həyat yoldaşı Melinda Qeyts üçün gizli müalicə məqsədilə antibiotik istədiyini yazır.
17:09 04.02.2026
Oxunuş sayı: 669