Azərbaycanın qeyri-neft ixracında İsveçrənin payı artıb
İsveçrə Azərbaycandan qeyri-neft məhsulları idxal edən ilk beş ölkə sırasına daxil olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2025-ci il üzrə ixrac icmalına əsasən, Azərbaycanın qeyri-neft ixracı yanvar–dekabr aylarında 8,1% artaraq 3,6 milyard ABŞ dollarına çatıb.
Məlumata görə, İsveçrəyə əsasən gümüş, mis, zərgərlik məmulatları, alüminium və fındıq ixrac olunub. Hesabatda qeyd edilir ki, ərzaq məhsullarının ixracı 18,4% artaraq 1,2 milyard dollar, kənd təsərrüfatı və aqrar-sənaye məhsullarının ixracı isə 18,9% artaraq 1,3 milyard dollar təşkil edib.
İcmala görə, Azərbaycanın qeyri-neft məhsulları üçün ən böyük ixrac bazarları sırasında Rusiya, Türkiyə, Gürcüstan və İsveçrə yer alıb.
16:58 04.02.2026
Oxunuş sayı: 474