Rusiya Müdafiə Nazirliyi bildirib ki, Donetsk Xalq Respublikasının Stepanovka bölgəsi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı rəsmi məlumatda əməliyyatın döyüş tapşırıqları çərçivəsində həyata keçirildiyi qeyd olunub. Açıqlamada Stepanovka istiqamətində mövqelərin möhkəmləndirildiyi və ərazidə nəzarətin təmin edildiyi vurğulanıb.
Hadisə ilə bağlı Ukrayna tərəfinin mövqeyi hələlik açıqlanmayıb.