Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə mümkün telefon danışığından əvvəl ciddi texniki və diplomatik hazırlıq aparılmalıdır.
Crossmedia.az-ın məlumatına görə, Fransa prezidenti "TF1" telekanalına müsahibəsində qeyd edib ki, hazırkı mərhələdə Rusiya Federasiyası real sülh prosesinə hazır olduğunu nümayiş etdirmir.
Makronun sözlərinə görə, effektiv dialoq yalnız konkret addımlar və qarşılıqlı etimad mühiti formalaşdıqdan sonra mümkün ola bilər. O vurğulayıb ki, sadəcə telefon danışığı sülh üçün yetərli deyil və bunun arxasında real siyasi iradə dayanmalıdır.