ABŞ: Rumıniya seçkilərinə Rusiyanın müdaxiləsinə dair dəlil yoxdur
ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin Respublikaçı üzvləri hazırladıqları hesabatda Rumıniya prezident seçkilərinin birinci turunda Kalin Georgescunun qələbəsinə Rusiyanın müdaxilə etməsinə dair heç bir dəlilin tapılmadığını bildiriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hesabatda TikTok platformasının daxili materiallarına istinad olunaraq Rumıniya hakimiyyətinin Georgescunun seçki kampaniyası ilə əlaqəli olduğu iddia edilən 25 min hesabdan ibarət koordinasiyalı şəbəkə barədə arqumentlərinin təsdiqlənmədiyi qeyd edilib.
Sənəddə vurğulanır ki, bu iddiaların sübuta yetirilməməsi Georgescunun birinci turdakı qələbəsinin ləğvi ilə bağlı qərarların əsaslandırılmasını şübhə altına alır. Hesabat müəllifləri seçki prosesinə xarici müdaxilə ilə bağlı ittihamların faktlara əsaslanmasının vacibliyini xüsusi qeyd ediblər.
16:29 04.02.2026
Oxunuş sayı: 442