Maskdan: "X"in Fransa ofisinə basqın siyasi hücumdur
İlon Mask X sosial şəbəkəsinin Fransadakı ofisində aparılan axtarışları “siyasi hücum” adlandırıb.
Crossmedia.az xəbər verir ki, X platformasının yaydığı rəsmi bəyanatda reydin hüquqi əsaslarının olmadığı bildirilib.
Açıqlamada qeyd olunub: “Bugünkü reydin altında yatan iddialar əsassızdır və X hər hansı bir qanun pozuntusunu qəti şəkildə rədd edir.”
Məlumata görə, məsələ ilə bağlı araşdırmalar Fransa hüquq-mühafizə orqanları tərəfindən davam etdirilir. Şirkət isə istintaqla əməkdaşlığa açıq olduğunu, lakin ittihamları qəbul etmədiyini vurğulayıb.
16:23 04.02.2026
Oxunuş sayı: 457