Qızların evlənmək yaşı 16-dan 14-ə endirilə bilər
Ukrayna Ali Radası qızlar üçün evlənmək məqsədilə minimum yaş həddinin 16-dan 14-ə endirilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsü ilə çıxış edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq təklif parlamentə təqdim olunaraq müzakirəyə çıxarılıb. Layihədə qeyd olunur ki, yaş həddinin azaldılması xüsusi hallarda və məhkəmə qərarı əsasında mümkün ola bilər.
Təşəbbüs cəmiyyətdə geniş rezonans doğurub. İnsan hüquqları üzrə ekspertlər və uşaq hüquqlarını müdafiə edən təşkilatlar bu addımın risklər yaradacağını bildirərək tənqid ediblər. Rəsmi qurumlar isə məsələ ilə bağlı yekun qərarın hələ verilmədiyini vurğulayırlar.
Qanun layihəsinin Ali Radanın müvafiq komitələrində baxıldıqdan sonra plenar iclasa çıxarılması gözlənilir.
16:17 04.02.2026
Oxunuş sayı: 482