Rusiya Donbasın döyüşsüz təslim edilməsini tələb edir ki, buradan azad olunacaq qüvvələr Cənub istiqamətində istifadə edilsin və Ukrayna Qara dənizdən təcrid edilsin.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik Komitəsinin katibi bildirib.
Onun sözlərinə görə, Moskvanın planı Donbasdan çıxacaq qoşunları cənuba yönəltməklə Ukraynanın Qara dənizə çıxışını kəsməkdir.
Kostenko vurğulayıb ki, bu niyyət Ukrayna kəşfiyyatı və tərəfdaş ölkələr tərəfindən də aydın şəkildə görülür və təhlükəsizlik riskləri baxımından ciddi qiymətləndirilir.